ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cil Bayden 2023-cü maliyyə ilində illik ümumi gəliri 619 976 dollar təşkil edib və 146 629 dollar federal gəlir vergisi ödəyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Bayden ailəsinin vergi bəyannaməsi aprelin 15-də dərc edilərək “Vergi günü” adlanıb.
Açıqlamada həmçinin Bayden və həyat yoldaşının Delaver əyalətinə 30 min 908 dollar, Virciniya əyalətinə isə 3 min 549 dollar gəlir vergisi ödədiyi, Bayden ailəsinin isə 17 müxtəlif xeyriyyə təşkilatına 20 min 477 dollar bağışladığı bildirilib.
“Prezident Bayden Amerika xalqına qarşı şəffaf olmaq əzmini bir daha nümayiş etdirdi və vəzifədə olarkən ən çox vergi bəyannaməsini dərc edən prezident oldu”-deyə bildirilib.
Keçmiş ABŞ prezidenti Donald Tramp isə 4 illik səlahiyyət müddətində vergi bəyannamələrini açıqlamaqdan imtina edib.
Şəbnəm
Gununsesi.info