Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq dünən ABŞ-a səfər edən Çin prezidenti Cinpinin Baydenlə apardığı dialoqun təfərrüatlarını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, söhbətində Bayden 1985-ci ildə ABŞ-a səfəri zamanı Çin liderinin San-Fransiskodakı Qızıl Qapı körpüsündə çəkilmiş şəklini cib telefonu ilə göstərib və zarafatla “Bu gənci tanıyırsınızmı?” deyə soruşub. Çin prezidenti Si Cinpin gülərək, “Bu, 38 il əvvəl idi” cavabını verib.
Dünən Cinpin ABŞ-a səfəri çərçivəsində 1985-ci ildəki səfəri zamanı tanış olduğu amerikalılar, Çin-ABŞ dostluq qrupları və İkinci Dünya Müharibəsi veteranları ilə də şam yeməyində görüşüb. Çin lideri şam yeməyində çıxışında 38 il əvvəl səfəri zamanı qaldığı yerlərin ünvanlarını xatırladıb. “Ayova ştatında Dvorçaklarda qaldım. Bu, mənim amerikalılarla ilk üz-üzə ünsiyyətim idi. Onlarla keçirdiyim günlər unudulmazdır. Mənim üçün onlar Amerikanı təmsil edirlər”, – deyə o bildirib.
Gununsesi.info