Bayden və Qətər əmiri arasında Qəzza görüşü

  • By admin
  • 13 Noyabr 2023 13:01

ABŞ prezidenti Co Bayden Qətər əmiri Şeyx Təmim bin Hamed Al-Sani ilə telefon danışığında Qəzzada “mülki əhalinin qorunması və bölgəyə humanitar yardım axınının artırılması ehtiyacını” müzakirə edib.

Gununsesi.info bildirir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden və Şeyx Təmim telefon danışığında Qəzzadakı vəziyyəti müzakirə ediblər.

“Bölgədəki günahsız mülki əhalinin qorunması və Qəzzəyə təcili ehtiyac duyulan humanitar yardım axınının artırılmasının zəruriliyi”nin müzakirə edildiyi görüşdə Bayden Körfəz Əməkdaşlıq Şurasının bölgəyə “dəstək” verməsindən məmnunluğunu ifadə edib.

Bayden Qətər Əmiri Şeyx Təmimin HƏMAS tərəfindən saxlanılan girovları azad etmək səylərini yüksək qiymətləndirib və iki lider əsirlərin “gecikmədən azad edilməsi” mövzusunda razılaşıblar.

Görüş zamanı prezident Bayden “israillilərin və fələstinlilərin bərabər sabitlik və ləyaqətlə yan-yana yaşaya biləcəyi” Fələstin dövləti ilə bağlı baxışını ifadə edib.

İki lider “Yaxın Şərqi daha dinc, təhlükəsiz, firavan və sabit hala gətirmək vizyonu istiqamətində səylərini davam etdirəcəklərini” bildiriblər.

Gununsesi.info