Bayden və Quterriş Nyu-Yorkda görüşdülər

  • By admin
  • 21 Sentyabr 2021 09:08

BMT baş katibi Antoniu Quterriş və ABŞ prezidenti Cozef Bayden Nyu-Yorkda görüş keçirirlər.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ prezidentini müşayiət edən jurnalist Sebastyan Smitin twitterdəki səhifəsində bildirib.

ABŞ və BMT rəhbərlərinin pandemiya, iqlim dəyişikliyinə qarşı mübarizə, Əfqanıstanda yaranmış vəziyyəti müzakirə edəcəkləri gözlənilir.

Çərşənbə axşamı Quterriş və Bayden BMT Baş Assambleyasının ümumsiyasi müzakirəsində çıxış edəcəklər.

Qeyd edək ki, ABŞ rəhbəri BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlib. Bayden sentyabrın 21-də səhər BMT Baş Assambleyasında çıxışından sonra Ağ Evə qayıdacaq.

Gununsesi.info