Bayden Vatikana səfər edəcək

  • By admin
  • 06 Oktyabr 2021 09:09

ABŞ Prezidenti Cozef Bayden oktyabrın sonunda Vatikanda Roma Papası Fransisklə görüşəcək.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vatikanın dövlət katibi kardinal Pietro Parolin bildirib.

Onun sözlərinə görə, görüş Ağ Ev rəhbərinin G20 (“Böyük İyirmilik”) sammiti üçün Romaya səfəri çərçivəsində baş tutacaq.

Gununsesi.info