Bayden Yəmən husilərini “terrorçu qrup” hesab edir

  • By admin
  • 13 Yanvar 2024 14:52

ABŞ prezidenti Co Bayden Yəmənin Ənsarullah hərəkatını (Husi) “terrorçu qrup” hesab etdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, Amerika lideri bunu Pensilvaniyadakı müəssisələrdən birinə səfəri zamanı jurnalistlərə deyib.

Jurnalistlərin Yəməndəki husiləri terror qruplaşması hesab edib-etməməsi ilə bağlı sualına Bayden “Mən düşünürəm ki, bu belədir” deyə cavab verib.

“Əgər husilər inadkar davranışlarını davam etdirsələr, biz mütləq müttəfiqlərimizlə birlikdə cavab verəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, husilər 2021-ci ildə Bayden vəzifəyə gələndə ABŞ-ın terrorçu siyahısından çıxarılıb.

Xatırladaq ki, ABŞ və Britaniya hərbi hava qüvvələri Yəmənin Səna, Hudeydə və Taiz kimi bir sıra şəhərlərində bir sıra hədəflərə zərbələr endirib.

Ağ Evin rəhbəri qeyd edib ki, zərbələr “husilərin Qırmızı dənizdə beynəlxalq dəniz gəmilərinə misli görünməmiş hücumlarına birbaşa cavabdır”.

Gununsesi.info