“ABŞ prezidenti Co Baydenin reytinqinin 39 faizə düşür”.
Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Belə ki, sorğuda iştirak edən amerikalıların 61 faizi Baydeni iş performansını bəyənmir.
Bildirilir ki, Bayden yaşı ilə bağlı narahatlıqlar və Demokrat seçicilər arasında etimadın azalması yenidən seçilməsinə maneədir.
Respondentlərin 58 faizi Baydenin siyasətinin ABŞ-da iqtisadi vəziyyəti daha da pisləşdirdiyini bildirib. Digər yetmiş faiz isə hesab edir ki, ölkənin bütövlükdə vəziyyəti pisdir.
Amerikalıların rekord dərəcədə aşağı hissəsi Baydenin etibarlı olduğunu deyir (28 faiz).
Təxminən dörddə üçü Baydenin yaşının onun fiziki və əqli qabiliyyətlərinə (73 faiz) və daha bir tam müddətə xidmət etmək qabiliyyətinə (76 faiz) mənfi təsir göstərə biləcəyindən ciddi şəkildə narahatdır. Digər 68 faiz isə onun yeni nəsillərin problemlərini anlamaq qabiliyyətindən ciddi narahatdır.
Qeyd edək ki, Bayden və keçmiş prezident Donald Tramp arasında potensial rəqib yoxdur. Onların dəstək faizi 46 və 47-dir.
Tərcümə
Şəbnəm