Bayden yenidən prezident olmaq İSTƏYİR

  • By admin
  • 23 Noyabr 2021 21:03

ABŞ Prezidenti Co Bayden ikinci müddətə bu vəzifəyə seçilmək niyyətində olduğunu açıqlayıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə o, Demokratlar Partiyasının tədbirlərindən birində danışıb.

 

ABŞ mediasında qeyd olunur ki, demokratların çoxu Baydenin ikinci müddətə irəli sürülməsinə şübhə ilə yanaşır. Çünki prezidentin artıq 79 yaşı var və onun amerikalılar arasında reytinqi aşağı düşməkdə davam edir.

 

Noyabrın 19-da Bayden bağırsağında narkoz altında planlaşdırılmış əməliyyatın aparılması səbəbindən öz səlahiyyətlərini 85 dəqiqəlik müddətə vitse-prezident Kamala Harrisə həvalə edib.

Gununsesi.info