
ABŞ Prezidenti Co Baydenin tələbələrlə zarafat etmək cəhdi uğursuz olub.
Gununsesi. info xarici mediaya istinadən xəbər verir ki, Konnektikut ştatında Sahil Mühafizəsi Akademiyasının tələbələri qarşısında çıxış edən Ağ Ev rəhbəri keçmiş prezident Ronald Reyqandan sitat gətirməyə çalışaraq sahil mühafizəsini “müharibə vaxtı hərbi dəniz donanmasının özəyi” adlandırıb. Ancaq auditoriya bu zarafatı qəbul etməyib və heç bir reaksiya göstərməyib.
Bunu görən Bayden iradını belə bildirib:
“Həqiqətən darıxdırıcı sinifsiniz. Haydı, uşaqlar. Sizi gün vurub? Fikirləşdim ki, alqışlayacaqsız”.
Qeyd edək ki, Bayden belə zarafatlarını birinci dəfə deyil ki, edir. Bundan əvvəl o, senatda karyerasına 180 il bundan əvvəl başladığını demiş, jurnalisti İsraillə bağlı sual verərsə, onu məhv etməklə hədələmişdi.
Gununsesi. info