Baydendən dünyaya demokratiya mesajı - VƏZİYYƏTİ DƏYİŞƏCƏYİK!

  • By admin
  • 30 Mart 2023 15:05

Xəbər verdiyimiz kimi ABŞ prezidenti  Co Baydenin təşəbbüsü ilə  sayca ikinci “Demokratiya sammiti” işinə başlayıb.

Dünyanın 120 dövlətinin rəhbərinin qatıldığı sammitə Azərbaycan, Türkiyə və Rusiya dəvət almayıb.

Gununsesi.info-nun ABŞ mediasına istinadən verdiyi xəbərə görə, sammitdə çıxış edən Bayden ölkəsinin dünydada insan haqları və demokratiyanın təşviqinə sadiq qaldığını bəyan edib.

Prezident deyib ki, ABŞ bu vədinə sadiqliyini ifadə etmək üçün  bütün dünyada demokratik proqramların aktivləşməsi üçün 690 milyon dollar ayırmağı nəzərdə tutur.

“Vəziyyəti dəyişdirəcəyik. Bu gün qürurla deyə bilərik ki, dünyada demokratiyalar  zəifləmir, güclənir. Avtokratiyalar isə zəifləyir, güclənmir. Bu, bizim səylərimizin birbaşa nəticəsidir. Tez – tez dediyimiz kimi, tarixin dönüş nöqtəsindəyik, bu gün qəbul edilən qərarlar, şübhəsiz ki, növbəti bir neçə onillikdə dünyadakı hadisələrin gedişatına təsir edəcək”.

ABŞ Prezidenti çıxışında, həmçinin insan hüquqlarının və transmilli kiberhücum təhlükəsilə üzləşən fəal qruplarının müdafiəsiüçün ABŞ-ın kibertəhlükəsizlik və infrastruktur təhlükəsizliyi Agentliyinin doqquz digər ölkə ilə əməkdaşlıq etmək planlarını elan edib.

Böyük Britaniya Avstraliya, Kanada, Danimarka, Estoniya, Fransa, Yaponiya, Yeni Zelandiya və Norveçlə birlikdə layihənin rəhbərlərindən biridir.

 

Tərcümə:

Afət