ABŞ prezidenti Co Bayden bundan sonra ABŞ-ın hərbi yardım göstərdiyi ölkələrdən müharibə qanunlarına əməl olunmasına zəmanət tələb edəcəklərini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Baydenin imzaladığı prezident fərmanına əsasən, 180 gün ərzində bu ölkələrdən yazılı öhdəliklər tələb olunacaq.
İsrail kimi aktiv münaqişədə olan ölkələr üçün bu müddət 45 gün olaraq müəyyən edilir. Bu fərmandan əvvəl Bayden İsrailin Qəzzada “sərhədi aşdığını” söyləyib.
Qeyd edək ki, ABŞ 100 ölkəyə hərbi yardım edir. İsrail 1950-ci ildən bəri ən çox yardım alan ölkələrin siyahısında birinci yerdədir. ABŞ hər il İsrailə 3,8 milyard dollar dəyərində silah və texnika bağışlayır.
Fərmana əsasən; ABŞ-dan silah yardımı alan ölkələr də münaqişə vəziyyətində Birləşmiş Ştatların göndərdiyi yardımın mülki şəxslərə çatdırılacağına dair təminat verməlidirlər. Bu ölkələr mütəmadi olaraq Konqresə və Ağ Evə hesabat verməli olacaqlar.
Gununsesi.info