ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahunu Qəzza zolağının mülki əhalisinin təhlükəsizliyini təmin etməyə çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin ABŞ və İsrail liderlərinin telefon danışığından sonra yaydığı məlumatda deyilir.
ABŞ prezidentinin sözlərinə görə, “Qəzza zolağında münaqişə zonalarında qalan mülki şəxsləri Həmas üzvlərindən ayırmaq və mülki insanları qorumaq” lazımdır.
Məlumata görə, Bayden “girovların azad edilməsi” məsələsi də daxil olmaqla, İsrailə qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləyib.
Ağ Ev rəhbəri Qəzza zolağına daha çox humanitar yardımın çatdırılmasının vacibliyini də vurğulayıb. Bayden İsrailin Fələstin anklavına artan yanacaq tədarükü ilə bağlı qərarını alqışlayıb.
ABŞ prezidenti İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılığın artması ilə bağlı narahatlığını bildirib.
Gununsesi.info