Baydendən XƏBƏRDARLIQ: Rusiya Ukraynaya hücum etsə...

ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə, Şərqi Avropadakı NATO ölkələrinə əlavə qüvvələr göndərəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin saytında yayılan bəyanatda deyilir.

HTML tutorial

Amerika lideri bildirib ki, bu baş verərsə, iqtisadi nəticələrin Rusiya üçün nə qədər çox zərbə vuracağını Vladimir Putinlə də aydınlaşdırıb. Bayden əmindir ki, bu cür addımlar təkcə Moskvaya təsir etməyəcək, həm də digər ölkələrin ona münasibətini dəyişəcək.
“Onlar çox ağır bədəl ödəyəcəklər” – deyə Ağ Ev rəhbəri qeyd edib.

Gununsesi.info