Baydendən İran üzərindəki qələbəyə REAKSİYA

  • By admin
  • 30 Noyabr 2022 15:04

ABŞ Prezidenti Co Bayden ölkəsinin Qətərdə keçirilən futbol üzrə dünya çempionatında İrandan olan rəqibləri üzərində qələbə qazanmasına böyük həvəslə reaksiya verib və Allahın Amerika komandasını sevdiyinə əmin olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, C.Bayden oyun bitdikdən sonra pozitiv şəkildə deyib: “ABŞ – bir, İran – sıfır! Oyun bitdi!”. Onun sözlərini Ağ Evin mətbuat xidməti sitat gətirir.

Qeyd olunur ki, oyunun keçirildiyi gün o, Miçiqanda səfərdə olub. Burada rəsmi çıxış etdikdən sonra Amerika komandasının qələbəsindən xəbər tutan Bayden yenidən səhnəyə çıxıb və toplaşanların hamısına emosional şəkildə ABŞ komandasının triumfunu çatdırıb.

“Bu, böyük oyundur, oğlan. Mən məşqçi və futbolçularla danışanda dedim: “Siz bunu bacararsınız”. Onlar bunu etdilər, Allah onları sevir”, – Amerika administrasiyasının rəhbəri əlavə edib.

Qeyd edək ki, noyabrın 29-da “Əl-Tumama” stadionunda baş tutan Amerika və İran milli komandalarının görüşü 1:0 hesabı ilə Kristian Pulişiçin vurduğu qolla ABŞ komandasının xeyrinə başa çatıb (38-ci dəqiqə). Qarşılaşmanı 42 127 tamaşaçı izləyib.

Bu oyuna qədər İran və ABŞ komandaları dünya çempionatında cəmi bir dəfə qarşılaşıblar – 1998-ci ildə iranlılar qrup mərhələsinin oyununda 2:1 hesabı ilə qalib gəlib. Rəqiblər arasında daha bir yoldaşlıq görüşü heç-heçə (1:1) ilə yekunlaşıb.

Gununsesi.info