Baydendən KRİTİK AÇIQLAMA: "Putin Ukraynanı məğlub edə bilməyəcək"

  • By admin
  • 09 Mart 2022 13:28

“Rusiya prezidenti Vladimir Putin heç vaxt Ukraynanı ələ keçirə bilməyəcək”.

Gununsesi.info UNIAN-a istinadla xəbər verir ki, ABŞ prezidenti Co Bayden buna əmin olduğunu bildirib.

“Ukrayna heç vaxt Putin tərəfindən tutulmayacaq. O, bir şəhəri tuta bilər, amma bütün ölkəni tuta bilməz”.

Eyni zamanda Bayden ABŞ Konqresini Ukraynaya dəstək üçün 12 milyard dollarlıq paket qəbul etməyə çağırıb.

Bundan əvvəl ABŞ-ın Rusiyadan neft və qaz idxalına qadağa qoyduğu elan edilib.

Gununsesi.info