Baydendən milyarderləri qəzəbləndirən təklif

  • By admin
  • 27 Mart 2022 14:15

ABŞ Prezidenti Co Bayden ümumi aktivləri 100 milyon dollardan çox olan amerikalı zənginlər üçün minimum 20% gəlir vergisi təklif etməyi planlaşdırır.

Gununsesi.info “CNN”-ə istinadən xəbər verir ki, bununla bağlı təkliflər paketi hazırlanıb.

Bildirilir ki, bu addımın yaxın 10 ildə xəzinəyə təxminən 360 milyard ABŞ dolları gəlir gətirəcəyi gözlənilir.

Agentliyin xəbərində vurğulanır ki, bu məbləğin yarıdan çoxunu sərvəti 1 milyard dollardan çox olanlardan yığılan vergilərdən əldə etmək olar.

Bayden təklifini martın 28-də təqdim edəcək.

Gununsesi.info