Baydendən Novruzla bağlı paylaşım

  • By admin
  • 20 Mart 2022 20:51

ABŞ Prezidenti Co Bayden Tvitter hesabında Novruz bayramı münasibətilə paylaşım edib.

Gununsesi.info  xəbər verir ki, C.Bayden paylaşımında özü və həyat yoldaşı adından Novruzu qeyd edənlərə xoş arzularımızı çatdırıb.

“Jill və mən bütün dünyada Novruzu qeyd edənlərə ən xoş arzularımızı çatdırmaq istəyirik. Novruz bayramı, sevdiklərinizə şükür etmək, nemətlərini düşünmək və yeni mövsümün bütün imkanlarını qarşılamaq üçün Novruz süfrəsi arxasında toplaşmaq deməkdir. Novruz bayramınız mübarək!”

Gununsesi.info