Baydenden demokratiya xəbərdarlığı

  • By admin
  • 05 Noyabr 2022 09:41

ABŞ Prezidenti Co Bayden (Joe Biden) noyabrın 2-də gecə çıxışında demokratiyanın təhlükədə olmasıyla bağlı xəbərdarlıq edib.

Gununsesi.info bildirir ki, o, amerikalıları gələn həftə Konqresə aralıq seçkilərdə yalanlara, zorakılığa, təhlükəli “ultra MAGA” seçki pozucularına qarşı dayanmağa çağırıb. Prezidentin sözlərinə görə, sonuncular 2020-ci il seçkilərini poza bilməyiblər, indi “buna nail olmağa” çalışırlar.

HTML tutorial

Kənara çəkilmək vaxtı deyil, prezident deyib: “Sükut əlbirlik deməkdir”.

Bayden “ultra MAGA” respublikaçılarını xüsusi qeyd edib, onları respublikaçı partiyasında azlıq, amma “hərəkətverici qüvvə” adlandırıb. “MAGA” Trampın “Make America Great Again” (Amerikanı yenidən böyük edək) devizinə işarədir.

 

Gununsesi.info