Baydenin 80 yaşı tamam olur - AĞ EVDƏN AÇIQLAMA

  • By admin
  • 21 Noyabr 2022 00:44

Bu gün ABŞ prezidenti Co Baydenin 80 yaşı tamam olur. ABŞ liderləri arasında ən reytinqli prezidentlərdən biri olan Bayden 80 illik yubileyini ailəsi ilə birlikdə qeyd edəcək.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Baydenin doğum günü  təmtəraqlı şənlik keçirməyəcək.

Xatırladaq ki, Bayden 20 noyabr 1942-ci ildə doğulub.

2021-ci ilin yanvarında isə o, ABŞ prezidenti olub.

Eyni zamanda, 1973-2009-cu illərdə senator, 2009-2017-ci illərdə Barak Obamanın dövründə ölkənin vitse-prezidenti vəzifəsini tutub.

ABŞ lideri Rusiyanın Ukraynaya təcavüzünə qarşı tutduğu prinsipial mövqeyə və Ukraynaya maddi-hərbi dəstəyinə görə dünyada böyük rəğbət qazanıb.

Tərcümə: 

Günay