Baydenin Avropadakı baş müşaviri istefa verdi

  • By admin
  • 10 Noyabr 2023 07:46

ABŞ Prezidenti Cozef Baydenin Avropa məsələləri üzrə baş müşaviri Amanda Slout istefa vermək qərarına gəlib.

Gununsesi.info report-a istinadən xəbər verir ki, bu barədə “Politico” qəzeti məmurun özünə istinadən məlumat yayıb.

Slout prezidentliyə başlayandan bəri Cozef Baydenin komandasında işləyib, ABŞ-ın Avropadakı müttəfiqləri ilə əlaqələrin bərpasına və Rusiyaya qarşı “vahid cəbhə”nin qurulmasına cavabdeh olub.

“Möhtəşəm üç il oldu, amma vaxt gəldi. Yoruldum”, – Slout deyib.

Slout Baydeni NATO-nun 5 sammiti və Avropa İttifaqının iki sammiti də daxil olmaqla, Avropaya səkkiz səfərində müşayiət edib.