Ukrayna Prezidenti Vladimir Zelenski Baydenlə görüşmək üçün Ağ Evə gedib.
Gununsesi.info xəbər verir ki, bu barədə görüntülər yayılıb.
Bildirilib ki, Birləşmiş Ştatlar Ukraynaya 200 milyon dollarlıq yardım ayırıb.
Brifinqdə jurnalistlərdən biri “Prezident Bayden, siz Ukraynanın müharibədə qalib gəlməsini istəyirsinizmi?” sualına səssizcə gülərək cavab verib.
Amma Baydenin bəzi hərəkətləri yenə sosial mediada gündəm olub. Zelenski çıxış edərkən, Baydenin burnunu silməsi də paylaşılan videolardandır.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Zelenskini dekabrın 12-də Ağ Evdə görüşə dəvət etmişdi.
Gununsesi.info