Baydenin iti 24 gizli xidmət əməkdaşını dişləyib

  • By admin
  • 22 Fevral 2024 13:36

2023-cü ilin oktyabrında aqressivliyinə görə Ağ Evdən uzaqlaşdırılan ABŞ prezidenti Co Baydenin iti Commanderin ən azı 24 gizli xidmət əməkdaşını dişlədiyi bildirilib.

Gununsesi.info xəbər verir ki, CNN-in məlumatına görə, Alman çoban köpək cinsi Commanderlə bağlı sənədlər İnformasiya Azadlığı Qanunu (FOIA) çərçivəsində paylaşılıb.

Aqressivliyi və dişləmə halları ilə gündəmə gələn itin 2022-ci ilin oktyabrından 2023-cü ilin iyuluna qədər ən az 24 gizli xidmət əməkdaşını dişlədiyi sənədləşdirilib.

Sənədlərdə itin sözügedən şəxslərin biləklərindən, qollarından, dirsəklərindən, belindən, döşündən, ayaqlarından və çiyinlərindən dişlədiyi qeyd edilib.

Commanderin dişləmə hallarının hamısının yer almadığı sənədlərin yalnız Məxfi Xidmət əməkdaşlarını əhatə etdiyi bildirilib.

Həmin it Baydenə qardaşı Ceyms Bayden tərəfindən 2021-ci ilin dekabrında hədiyyə edilib.

Gununsesi.info