Baydenin konvoyunda qəza: Çaxnaşma yarandı – FOTO

  • By admin
  • 18 Dekabr 2023 11:44

ABŞ prezidenti Baydenin mühafizə maşınına çırpılan avtomobil panikaya səbəb olub.

Gununsesi.info xəbər verir ki, ABŞ prezidenti Co Baydenin Delaver ştatında keçirilən tədbirində mühafizə maşınlarından birinə konvoydan kənardan gələn avtomobil çırpılıb və nəticədə çaxnaşma yaranıb.

Ağ Evdən verilən açıqlamaya görə, qəza Bayden və həyat yoldaşı Cil Baydenin Delaverdə qatıldığı tədbir zamanı baş verib.

ABŞ prezidenti jurnalistlərə açıqlamalar verərkən karvandan kənardan gələn avtomobil Baydeni qorumaq üçün məsul olan Məxfi Xidmətə məxsus maşınlardan birinə çırpılıb.

Hadisədə qısa müddətli çaxnaşma yaşansa da, Baydenin karvanı bölgəni problemsiz tərk edib.

Gizli Xidmət hadisənin qəza olduğunu açıqlayıb.

Gununsesi.info