ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden federal prokurorun müxtəlif ittihamlar səsləndirməsindən sonra qatıldığı proqramda “Məni öldürməyə çalışırlar” deyib.
Gununsesi.info “The Hill”ə istinadən bildirir ki, Hunter Bayden Moby adlı musiqiçinin “Moby Pod” verilişində “vergidən yayınma, sənəd saxtakarlığı və vergi bəyan etməmək” kimi 9 ittihamdan sonra qonaq olaraq dəyərləndirmələr aparıb.
“Atamın bu ağrıya dözməyəcəyini bildikləri üçün məni öldürməyə çalışırlar. Onu vəzifəsindən belə uzaqlaşdırmağa çalışırlar”, – deyə o bildirib.
Edilənlərin onunla əlaqəli olmadığını anladığını vurğulayan Hunter Bayden, “Bu insanların böyük ehtimalla yaşadıqları travmalar nəticəsində pis olmağa qərar verən xəstə insanlar olduğunu anladım” deyib.
Niyə özünü daha çox müdafiə etmədiyini soruşduqda, Hunter Bayden bunun yalnız “oda yanacaq əlavə edəcəyini” cavablandırıb: “Mən bunun bitəcəyinə ümid etməyi dayandırdım, çünki atam Birləşmiş Ştatların prezidenti olduğu müddətdə dayanmayacaqlar”.
Xüsusi prokuror Devid Ueiss tərəfindən hazırlanan ittihamnamədə Hunter Bayden 3-ü ağır cinayət, 6-sı isə “vergidən yayınma, sənəd saxtakarlığı və vergi bəyan etməmək” kimi 9 cinayətdə günahlandırılıb.
Hunter Baydeni “2016-2019-cu illər arasında ödəməli olduğu 1,4 milyon dollar vergi ödəməməkdə” günahlandıran Ueiss Baydenin “vergilərini ödəmək əvəzinə dəbdəbəli həyat tərzinə milyonlarla dollar xərclədiyini” iddia edib.
Digər tərəfdən, Ağ Ev ABŞ prezidenti Baydenin oğluna qarşı yeni ittihamları şərh etməyib.
Hunter Baydenin günahı sübuta yetirilərsə, onu 17 ilə qədər həbs cəzası gözləyir.
Gununsesi.info