Baydenin övladları artıq Məxfi Xidmətin mühafizəsi altında olmayacaq

  • By Günel
  • 18 Mart 2025 08:40

ABŞ-nin keçmiş lideri Cozef Baydenin övladları Hanter və Eşli Baydenin adı Məxfi Xidmət tərəfindən qorunan şəxslərin siyahısından çıxarılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bu andan etibarən Hanter Bayden daha Məxfi Xidmətin mühafizəsi altında olmayacaq. Eşli Bayden də siyahıdan çıxarılacaq”, – paylaşımda deyilir.

Gununsesi.info