Baydenin Ramazan çıxışı: ABŞ lideri Qəzzada atəşkəsə çağırdı

  • By admin
  • 11 Mart 2024 11:29

ABŞ girov mübadiləsi razılaşmasının bir hissəsi olaraq ən azı 6 həftə ərzində dərhal atəşkəs əldə etmək üçün yorulmadan işləməyə davam edəcək.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden müsəlmanları müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edərkən deyib.

“Qəzzadakı müharibə Fələstin xalqına dəhşətli iztirablar gətirib. Əksəriyyəti mülki şəxslər, o cümlədən minlərlə uşaq olan 30 mindən çox fələstinli həlak olub”, – Amerika lideri qeyd edib.

Bayden qeyd edib ki, 2 milyona yaxın fələstinli müharibə nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıb və onların qida, su, dərman və sığınacaqa ciddi ehtiyacı var.

Bayden xatırladıb ki, ABŞ Qəzza sahilində müvəqqəti liman yaratmaq üçün tədbirlər görüb və Fələstin anklavına hava, quru və dəniz yolu ilə yardım çatdırmağa çalışacaq.

Onun sözlərinə görə, İsrail-Fələstin münaqişəsinin daimi həlli iki xalq üçün iki dövlətin yaradılması olacaq.

“Dini azadlığa əsaslanan və immiqrantların, o cümlədən müsəlman immiqrantların töhfələri əsasında qurulan ABŞ-da islamofobiyaya qətiyyən yer yoxdur” deyən Bayen Vaşinqtonun İslamofobiya ilə Mübarizə üzrə ilk Milli Strategiya hazırladığını bildirib.

 

Gununsesi.info