Baydenin reytinqi yenə DÜŞDÜ

  • By admin
  • 14 Noyabr 2021 21:15

Amerikanın “Washington Post” qəzeti və “ABC News” tərəfindən keçirilən sorğuda respondentlərin 53 faizi Baydenin prezidentliyini bəyənmədiklərini bildirib.

Gununsesi.info xəbər verir ki, respondentlərin 6 faizi heç bir fikir bildirməsə də, yalnız 41 faizi Baydeni bəyənib.

Noyabrın 7-dən keçirilən sorğuda 1001 nəfər iştirak edib.

Baydenin prezidentliyi vəzifəyə gəldikdən üç ay sonra keçirilən sorğularda 52 faiz olduğu halda, iyunda bu göstərici 50 faizə, sentyabrda isə 44 faizə düşüb.

Gununsesi.info