Baydenin təhqiramiz ifadələrinə Putindən cavab: Rusiya ABŞ-a nota verdi

  • By admin
  • 23 Fevral 2024 09:00

Rusiya prezidenti Vladimir Putin bildirib ki, ABŞ prezidenti Co Baydenin ona qarşı təhqiramiz ifadələri Moskvanın ABŞ prezidenti olaraq Donald Tramp əvəzinə Baydenə üstünlük verməsinin sübutudur.

Gununsesi.info xəbər verir ki, Rusiya dövlət kanalı “Rossiya-1”ə açıqlamasında Putin Baydenin seçkiqabağı kampaniyadakı çıxışında ona qarşı təhqiramiz ifadələr işlətməsini “kinayəli bir şəkildə” dəyərləndirib.

Bir müddət əvvəl ABŞ prezidenti olaraq Baydeni Donald Trampdan üstün tutduğuna dair açıqlama verdiyini xatırladan Putin gülümsəyərək deyib: “İstənilən prezidentlə işləyəcəyimizi demişdim, amma Baydenin Rusiya üçün daha üstün olduğunu düşündüm. Dediklərinizə əsasən, mən tamamilə haqlıyam, çünki bu mənim sözlərimə uyğun reaksiyadır”.

Putin Baydenin ona təşəkkür edəcəyini gözləmədiyini bildirib. “O, mənə “Afərin, Volodya, mənə kömək etdiyin üçün təşəkkür edirəm” deyə bilməz. Biz orada nə baş verdiyini daxili siyasət baxımından başa düşürük və bu, tamamilə uyğun reaksiyadır, ona görə də mən haqlı idim”, – Putin bildirib.

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini söydükdən sonra Rusiya ABŞ-a nota verib.

ABŞ prezidenti Co Baydenin çıxışında Rusiya prezidenti Vladimir Putini söyməsindən sonra iki ölkə arasında münasibətlər gərginləşib. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov açıqlamasında ABŞ-a etiraz notası göndərdiklərini bildirib.

 

Gununsesi.info