Baydenin yoxa çıxması İlon Maskın diqqət mərkəzindədir

Amerikalı iş adamı və milyonçu İlon Mask ABŞ prezidenti Co Baydenin ictimai məkandan yoxa çıxmasına təəccüb edib.

Gununsesi.info xəbər verir ki, təəccüb dolu fikirlərini o, X sosial şəbəkəsində yazıb.

Yazıda X istifadəçisi Baydenin hara getdiyini bildirib: “Bayden sağdırmı? Yəni bilirəm ki, o, yarışdan kənarda qalıb… amma o, hələ də prezidentdir. O haradadır?” – deyə o əlavə edib

Qeyd edək ki, bundan əvvəl Ağ Evin sözçüsü Karine Jean-Pierre demişdi ki, Bayden ictimaiyyətdən gizlənmir və ölkəyə rəhbərlik etməyə davam edir.

 

 

İlhamə

Gununsesi.info