Bu gün Baydenlə Putinin onlayn formatda görüşür: bu, 16 iyun Cenevrə görüşündən sonra ikinci təmasdır və hər iki görüşdən öncə Ukrayna cəbhəsində gərginlik olub;
Ukrayna cəbhəsində gərgin atmosfer hər iki tərəf üçün sərfəlidir: Rusiya öz cəbhəsini, ABŞ öz cəbhəsini bu xəttin bir tərəfində saxlayır;
– Putin imperiyanın “genişlənmə” siyasətini davam etdirir, rus xalqını davamlı olaraq döyüş əhval-ruhiyyəsində diri tutur;
– Bayden köhnə müttəfiqləri Amerika bayrağının altına toplamaq istəyir: Görüşdən öncə Baydenin Fransa, Almaniya, İtaliya və İngiltərə liderləri ilə Ukraynanı müzakirə etməsi də Avropaya “Rusiya təhlükəsinə qarşı ABŞ-ın qoruyucu missiyası”nı nümayiş etdirməkdir; Cenevrə görüşündən öncə də Avropada qurulan təmaslar buna hesablanmışdı;
Və belə görünür ki, Ukrayna tərəflərin masada bir-birinə qarşı istifadə etdiyi kartdır və məqsəd heç də problemin həlli deyil.
Gununsesi.info