Baydenlə Zelenski arasında telefon danışığı oldu

ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.

HTML tutorial

Söhbət zamanı yanvarın 10-da Cenevrədə keçirilməli olan təhlükəsizlik zəmanətləri üzrə Rusiya ilə aparılacaq danışıqlar müzakirə olunub.

Bildirilib ki, həmsöhbətlər gələn həftə strateji sabitlik üzrə ikitərəfli dialoqdan başlanacaq, sonra isə Rusiya Şurası – NATO və ATƏT-də davam edəcək diplomatik səylərə dəstək verib.

Amerikalı lider Zelenskini əmin edib ki, Kiyevin nümayəndələri olmadan Ukraynanı müzakirə etməyəcəklər.

Bundan başqa, Bayden Zelenskiyə Ukraynanın ərazi bütövlüyünün dəstəkləndiyini növbəti dəfə bəyan edib və aydın şəkildə bildirib ki, ABŞ, onun müttəfiqləri və tərəfdaşları Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə, qətiyyətlə cavab verəcəklər.

Gununsesi.info