UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında Almaniyada “Bayer”in qonağı olacaq “Qarabağ”a 1800 bilet ayrılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Report”a Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.
Klub rəsmisi qarşılaşmadan iki saat əvvəl səfər tribunası üçün biletlərin satışa çıxarılacağını vurğulayıb.
Qeyd edək ki, “Bayer” ilə “Qarabağ” arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.