Bayılda evlərindən çıxarılan ailələrə plastik kartlar verildi

Bayılda evlərindən çıxarılan ailələrə plastik kartlar verildi

Bakıda Bayıl yamacında baş verən sürüşmə nəticəsində təhlükəli vəziyyətə düşən mənzillərin sahiblərinə kirayə haqları üçün kartlar paylanılıb.

Bu barədə Gununsesi.info sakinlər məlumat verib. Sakinlərin sözlərinə görə, bu gün səhər saatlarından onlara plastik kartlar təqdim olunub. Kartlar Azərbaycan Beynəlxalq Bankından verilib:

“Fevral ayının kirayə haqqını şəxsiyyət vəsiqəmizi təqdim etməklə aldıq. Mart ayından etibarən kirayə haqlarını plastik kartla alacağıq”.

Sakinlər bildirirlər ki, plastik kartlar 67 ailəyə verilib. Qalan ailələrə isə kirayə haqları hələlik ödənilməyib.

Xatırladaq ki, yanvarın 24-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində ərazidə olan 98 ev təhlükəli vəziyyətə düşüb, sakinlər ərazidən çıxarılaraq sığınacaqlara yerləşdiriliblər.

Hadisədən bir neçə gün sonra isə ərazidə 4 ev tam uçub, 2 ev isə yararsız vəziyyətə düşüb.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Gununsesi.info

COMMENTS