Məlum olduğuğu kimi, CXP-nin əski genəl başkanı Dəniz Baykal bu günlərdə 2019-cu il prezident seçkilərində “Namizədimiz CXP-li olmaya bilir. Abdullah Gülün bu məsələdə ismi gələrsə, ciddiyə alaram” demişdi.
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, D. Baykalın bu sözlərinə-təklifinə sabiq cümhurbaşqanından cavab gecikmədi.
Belə ki, uzun müddətdən sonra dünən axşam saatlarında səssizliyini pozan Abdullah Gül “Keçən günlərdə bir siyasətçinin çeşidli şəxsi partiyaiçi hesabları və politikaları çərçivəsində söylədiyi çeşidli taktiklər, o söhbətlərdə məni də söz konusu etdi. Açıqçası mənimlə bağlı söylənilənləri ciddiyə almadım”– cavabını verdi.
A. Gülün bu sözlərinə D.Baykaldan da dərhal belə bir cavab-açıqlama gəldi.
“Sayın Gülün bu məsələ ilə son dərəcə qəti qərarlı tutum içində olmadığı ortaya çıxdı“- deyə, D. Baykal bəyan etdi.
D. Baykal bu gün həm də CXP-nin prezidentliyə namizədi ilə bağlı daha bir açıqlama verərək deyib ki, həmin namizədi “millət seçməlidir”.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info