
Türkiyənin “Baykar” şirkəti 10 vilayətdə baş verən zəlzələlərə görə AFAD-a daha 300 milyon lirə yardım edib.
Gununsesi.info xəbər verir ki, bu barədə şirkətin “Twitter” hesabında məlumat yayılıb.
Bildirilir ki, şirkətin 4 gün ərzində AFAD-a etdiyi yardımın miqdarı 655 milyon lirəyə çatıb.
Qeyd edək ki, “Baykar” şirkəti Türkiyə, Azərbaycan və dünyanın 30-a yaxın ölkəsinin istifadə etdiyi “Bayraktar TB2” və “Akıncı” pilotsuz uçuş aparatları istehsal edir.
Gununsesi.info