“Baykar” zəlzələ bölgəsinə 655 milyon yardım ayırdı

  • By admin
  • 09 Fevral 2023 19:21

Türkiyənin “Baykar” şirkəti 10 vilayətdə baş verən zəlzələlərə görə AFAD-a daha 300 milyon lirə yardım edib.

Gununsesi.info xəbər verir ki, bu barədə şirkətin “Twitter” hesabında məlumat yayılıb.

Bildirilir ki, şirkətin 4 gün ərzində AFAD-a etdiyi yardımın miqdarı 655 milyon lirəyə çatıb.

Qeyd edək ki, “Baykar” şirkəti Türkiyə, Azərbaycan və dünyanın 30-a yaxın ölkəsinin istifadə etdiyi “Bayraktar TB2” və “Akıncı” pilotsuz uçuş aparatları istehsal edir.

Gununsesi.info