Bayrağımız ABŞ-ın ən məşhur küçəsində asılacaq

  • By admin
  • 12 May 2021 13:02

ABŞ-ın Nyu York şəhərində 28 May – Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağı ucaldılacaq.

Azərbaycan bayrağı Nyu-Yorkun maliyyə mərkəzi hesab olunan və turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində – “Vol Strit”də yerləşən “Boulinq Qrin” (Bowling Green”) parkında nəhəng bayraq dirəyindən asılacaq.

Nyu York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Yerdələnli deyib ki, Azərbaycan bayrağı mayın 28-dən etibarən 10 gün müddətində həmin yerdə ABŞ-ın dövlət bayrağı ilə bərabər dalğalacaq.

Gununsesi.info