Bayrağımıza hörmətsizlik edən şəxs tapıldı 

Bayrağı masanın üstünə atan şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.

Gununsesi.info xəbər verir ki, bu sözləri Axar.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı deyib.

HTML tutorial

O bildirib ki, qeyd edilən video görüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Gununsesi.info