Bayrağımızı yandıran erməniyə cinayət işi açıldı

Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyan polisə aparılıb.

Gununsesi.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə vəkil Aleksandr Koçubayev məlumat verib.

“Nikolyan polis şöbəsinə gətirilib. İlkin məlumatlara görə, xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb”, – Koçubayev yazıb.

Xatırladaq ki, İdman-Konsert Kompleksində keçirilən təntənəli mərasimdə dizayner Azərbaycan bayrağını bayraqdarın əlindən alaraq yandırıb, daha sonra onunla birlikdə səhnədən qaçıb.

 

Şəbnəm

Gununsesi.info