Bayraktar Nuru Paşadan danışdı

  • By admin
  • 26 May 2022 12:46

Bakıda, qardaşlarımızla birlikdə olmaqdan məmnunam. 

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Texnoloji Takımının İdarə Heyətinin sədri Səlcuk Bayraktar “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının açılış mərasimində deyib.

“Bir millət iki dövlət olaraq qardaşlımız dəfələrlə sınandı bə şükürlər olsun hər dəfə bu bağlarımız daha da qüvvətləndi. 1918-ci ildə Bakını İstanbuldan ayrı görməyən Nuru Paşa komandalığıında Qafqaz İslam Ordusu da, Qarabağa xidmət edən milli PUA-ları yaradan türk mühəndisləri də eyni ruhu rəhbər tutdu. Bizim də ürəyimizdə bir yara olan Qarabağ, eyni zamanda qardaşlığımızın zirvəsidi. Ruhlarınız şad olsun. Bu vəsilə ilə Qarabağı təkrar vətən torpağı halına gətirən, zəfərin memarı olan şəhidlərimizi anmaq istəyirəm. İnşallah dünya üzərində son günümüzə qədər bir yerdə olmağa davam edəcəyik”, – deyə Bayraktar qeyd edib.

Gununsesi.info