“Bayraktar TB2″lər daha bir TÜRK ÖLKƏSİNDƏ: prezident baxış keçirdi

Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçan aparatları Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidmətinin xidmətinə verilib.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə şənbə günü respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.

HTML tutorial

“Qırğız Respublikasının Prezidenti Sadır Japarov bu gün, Qırğız Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin istifadəsinə verilmiş “Bayraktar TB2” pilotsuz uçan aparatlarına baxış keçirib”, – məlumatda deyilir.

Qeyd edilib ki, dövlət başçısına bu cihazların idarəetmə sistemi haqqında məlumat verilib və onların iş prinsipi nümayiş etdirilib.

“Bu qurğular tamamilə respublika büdcəsindən ayrılmış vəsait hesabına alınıb və ölkənin müdafiə təhlükəsizliyinin təmin edilməsi, o cümlədən dövlət sərhədlərinin mühafizəsi üçün istifadə olunacaq”, – mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl Qırğızıstan hakimiyyəti “Bayraktar TB-2” və bir neçə rusiyalı “Orion” pilotsuz uçan aparatları almaq niyyətində olduqlarını açıqlamışdı.

Gununsesi.info