“Bayraktar”ın növbəti müştərisi bu ölkə oldu

  • By admin
  • 18 Yanvar 2023 19:45

Küveyt Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının növbəti müştərisi olub.

Gununsesi.info xəbər verir ki, Türkiyə şirkəti Küveyt Müdafiə Nazirliyi arasında müqavilə imzalanıb.

Bildirilir ki, 2019-cu ilin iyul ayından davam edən Amerika, Avropa və Çindən önəmli şirkətlərin yer aldığı tenderin qalibi Türkiyənin “Baykar” şirkəti olub.

Tərəflər arasında imzalanan müqavilənin dəyəri 370 milyon dollardır.

Gununsesi.info