Bayraktarlar təkcə bizim ərazimizdəki adamabənzər varlıqları dənləmir

  • By admin
  • 29 Mart 2022 20:28

Danilov: “Dağlıq Qarabağda həqiqətən hadisələr baş verir. Amma Rusiyanın Dağlıq Qarabağa və Ermənistana vəd etdiyi yardım çətin ki, mümkün olsun”

Rusiyanın mənafeləri sahəsində olan digər ölkələrin ərazilərində əlavə cəbhələrin açılması Ukraynaya Rusiyanın hücumlarına qarşı mübarizədə yardımçı olardı”.

Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükısizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “QORDON” internet- nəşrinin telemarofonunda keçmiş Dağlıq Qarabağda vəziyyəti şərh edərkən deyib.
 “Dağlıq Qarabağda hərbi vəziyyət elan ediləndən sonra mən deyə bilərəm ki, orada həqiqətən hadisələr baş verir. Bayraktarlar təkcə bizim ərazimizdə adamabənzər varlıqları “dənləmir”, onlar Dağlıq Qarabağda da özünü göstərib”, – Danilov belə deyib.
O, qeyd edib ki, Ermənistan hazırda Rusiyaya yardım üçün müraciət edib, ötən həftə Rusiya orada olan qoşunlarını Ukraynaya göndərib.
“Biz bu hərəkət edən karvanları izləmişik. Biz anlayırıq ki, Rusiyanın Dağlıq Qarabağa və Ermənistana vəd etdiyi yardım çətin ki, mümkün olsun”, – Danilov deyib.
O, həmçinin diqqəti ona yönəldib ki, Yaponiyanın Kuril adalarının ona məxsus olması barədə bəyanatlarından sonra Rusiya o rayonda hərbi təlimlərə başlayıb. Onun sözlərinə görə, müdafiənin o sektorunda Rusiyanın qoşunları azdır, çünki hamısını Ukraynaya göndərib.
“Bu vəziiyyətin nə ilə bitəcəyi hələ məlum deyil. Lakin Rusiyanın özünün qısa tarixi ərzində süni surətdə yaratdığı münaqişə zonalarında ikinci cəbhələrin açılması keyfiyyətcə bizə yardım demək olacaq”, – o, deyib.

Danilov qeyd edib ki, əgər həm Moldova, həm də Gürcüstan öz ərazilərini qaytarmaqla məşğul olsaydı…Üstəlik, Polşa qeyri- rəsmi olsa da Kalininqrad vilayətinə iddialarla çıxış edir. Bunlar bizə kömək edə bilərdi, çünki Rusiyanın bizim şəhərlərimizi və kəndlərimizi məhv etməkdən, uşaqları və qadınları öldürməkdən başqa, oralar da onu məşğul edərdi, – Danilov belə deyib.

Gununsesi.info