Yeni ilin gəlməsinə sayılı gülər qalıb. Hər kəsin ilin son günün yola salıb 2024-ci ili qarşılamağa hazırlıqlar görür.
Gununsesi.info xəbər verir ki, bu məqsədlə bayram hazırlığını görəcək şəxsləri xüsusi qeyd etmək lazımdır.
Yenili ili evində qarşılayan şəxslər bayram alış-verişi üçün bazarlara üz tuturlar.
Bir ailənin bayram süfrəsinin neçəyə başa gəlməsi isə maraq doğrur.
Bayram süfrəsində əvəzolunmaz yeri olan plov üçün bu qədər xərc tələb olunur:
1 kq düyü – 3.60 AZN, 1 kq qaysı – 8-12 AZN, 1 kq kişmiş – 8 – 13 AZN, 1 kq şabalıd – 7 AZN, 1 kq soğan – 0.50 – 0.90 AZN, 1 kq ət – 14-18 AZN.
Paytaxt salatı bu qiymətə başa gəlir:
1 ədəd yumurta – 0.18 manat, 1 kq kartof – 0.70 – 1.60 manat, 1 kq kök – 1.70 manat, yaşıl noxud – 3 manat, 1 dəstə göyərti – 0.20 manat, 1 banka xiyar turşusu – 3 manat, mayonez – 3.60 – 6 manat.
Bundan əlavə pomidorun qiymməti 3 – 6 manat, xiyarın qiyməti isə 4 – 12 manat arasında dəyişir. Yerli portağal 3 AZN, alma isə 0.70 – 3 AZN-ə arasında təklif olunur.
Gununsesi.info