Bayram günləri paytaxtda yol qəzalarının statistikası açıqlandı - 4 ÖLÜ, 10 YARALI

  • By admin
  • 05 Yanvar 2017 17:03

qeza

Bayram günlərində Bakı şəhərində 8 yol qəzası baş verib.

Bunu Gununsesi.info-ya Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, dekabrın 31-dən yanvarın 5-dək baş verən yol qəzaları nəticəsində 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb: “2 ölüm hadisəsi piyadanın vurulması, digər iki ölüm hadisəsi isə avtomobilin maneəyə çırpılması nəticəsində baş verib”.

Gununsesi.info