![](https://www.gununsesi.info/wp-content/uploads/2017/03/QEZA-1-250x200.jpg)
Bayram günləri respublika ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Gununsesi.info xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya bildirib ki, son üç gündə respublikanın avtomobil yollarında 30 yol-qəza hadisəsi qeydə alınıb. Nəticədə 5 nəfər ölüb, 41 nəfər xəsarət alıb.
K. Əliyev qeyd edib ki, bu gün bayramın sonuncu günü olduğu üçün magistral yollarda nəqliyyatın sıxlığı müşahidə oluna bilər: “Ona görə də sürücülərdən son dərəcə ehtiyatlı olmalarını, sürət həddini aşmamalarını və ötmə əməliyyatlarını yerinə yetirərkən diqqətli olmalarını tövsiyə edirəm”.
Gununsesi.info