
Bayram günləri Azərbaycanın avtomobil yollarında baş verən qəzaların statistikası açıqlanıb.
Gununsesi.info xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, son iki gündə ölkənin avtomobil yollarında 22 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 27 nəfər isə xəsarət alıb.
Gununsesi.info