Bayram günlərində süfrələrin zənginliyi, bolluğu qidalanma rejiminin tamamən sıradan çıxara bilir.
Mütəxəssislər bayram günlərində sağlamlığın qorunması üçün qidaların düzgün seçiminə və qəbul qaydasına xüsusi diqqət yetirilməsini vacib hesab edir.
Gununsesi.info -ya danışan qida mütəxəssisi Validə Şıxıyeva hesab edir ki, bayram günlərində qidalanmaya ciddi şəkildə fikir vermək lazımdır:

“Bu əsas şərtdir. Gün ərzində az-az və tez-tez qida qəbul etmək orqanizmə düşən yükü azaldır. Süfrədə yağlı və ağır yeməklərin miqdarı az olmalıdır. Tərəvəz və göyərtiyə üstünlük vermək həzm sisteminin işini asanlaşdırır”.
O vurğulayıb ki, şirniyyatların həddindən artıq qəbulu sağlamlıq üçün zərərli ola bilər. Validə Şıxıyeva həmçinin su qəbulunun artırılmasını vacib sayır:
“Qazlı və şəkərli içkilərdən uzaq durmaq daha məqsədəuyğundur. Yeməklər arasında fasilə saxlamaq vacibdir.Gec saatlarda ağır qida qəbulundan çəkinmək lazımdır”.
Sonda Validə Şıxıyeva əlavə edib ki, düzgün qidalanma bayram günlərində də sağlamlığın qorunmasının əsas şərtidir.
Firuzə












