Dekabrın 31-dən yanvarın 4-dək Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 12 müraciət daxil olub.
Gununsesi.info-nun məlumatına görə, Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov trend-ə bildirib ki, müraciət edənlərdən 8-i sərxoş olub. Onlar alkoqol içkiləri qəbul etdikdən sonra opranizmlərində yaranan fəsadlara görə, mərkəzə gətirilib.
A.Maqsudov qeyd edib ki, bayram günlərində 6 nəfər isə dəm qazından zəhərlənmə ilə müraciət edib: “Bu müddətdə 3 nəfər dərmanın yaratdığı əlavə təsir – allergik reaksiya ilə bağlı, 1 nəfər isə dərman zəhərlənməsi ilə bağlı mərkəzə gətirilib. Müraciət edənlərin hamısı artıq evə buraxılıb”.
Gununsesi.info