Bayram günlərinin yol qəzaları - 14 ÖLÜ, 95 YARALI

  • By admin
  • 27 Mart 2018 10:36
Novruz tətili günlərində (20-26 mart) Azərbaycanda yol-nəqliyyat hadisələri zamanı 14 nəfər ölüb.
Bunu Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, martın 20-dən 27-dək resbuplikanın avtomobil yollarında 61 yol-nəqliyyat hadisəsi baş verib: “Baş verən yol qəzaları nəticəsində 14 nəfər ölüb, 95 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Gununsesi.info